“Məhsul” və “Bakı” komandaları rəqibləri üzərində asan qələbə qazanıblar
Kişi həndbolçuların ölkə çempionatında mübarizə davam edir.

Azsport.az-ın Azərbaycan Həndbol Federasiyasını rəsmi saytına istinadla xəbər verir ki, yarışın dördüncü turunda U-16 komandası ilə qarşılaşan “Məhsul”un qələbəsi şübhə doğurmurdu. Belə ki, çempionatın favoriti gənc həndbolçulardan ibarət rəqibinə çətinlik çəkmədən qalib gəlib – 39:15.

Son ölkə çempionu “Bakı” da turu qələbə ilə başa vurub. Nominal qonaqlar “Təhsil” komandasını 37:20 hesabı ilə məğlub ediblər.

“Məhsul” 4 oyundan 8 xalla turnir cədvəlinə başçılıq edir. “Bakı” 6 xalla ikinci, “Təhsil” 2 xalla üçüncü yerdədir. U-16-nın isə aktivindı xal yoxdur.

Xəbər 1452 dəfə oxundu.