“Herta”-“Qəbələ” oyununun hakimləri müəyyənləşib
Futbol üzrə UEFA Gənclər Liqasında keçiriləcək “Herta” (Almaniya) - “Qəbələ” oyununa hakim təyinatları açıqlanıb.

Çempionlar yolunun ikinci mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Noyabrın 28-də Berlindəki “Vurfplats” stadionunda təşkil olunacaq görüşün baş hakimi Ferens Karako olacaq. Ona həmyerliləri Tibor Çatari və Norbert Bornemissa kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Almaniya təmsilçisi Lasse Kozlovski yerinə yetirəcək.

Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Üç həftə əvvəl Qəbələdə baş tutan ilk oyunda Almaniya çempionu 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 1118 dəfə oxundu.