Qüdrət Nuriyev: Azərbaycan alpaqutçularının dünya çempionu olması parlaq qələbədir
Bakıda alpaqut Turan döyüş sənəti üzrə iki gün davam edən dünya çempionatında komandamızın qalib gəlməsi bizi son dərəcə məmnun etdi. Azərbaycan komandasının dünya çempionatının qalibi olması parlaq qələbədir.

Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev müsahibəsində deyib.

İdmanın bu növü üzrə federasiyanın dörd ildir fəaliyyət göstərdiyini vurğulayan Q.Nuriyev hazırda 45 rayonda alpaqutun inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, əsas məqsəd gələcəkdə idmanın bu növünü respublikamızın bütün rayonlarında inkişaf etdirməkdir. “Azərbaycan alpaqutçuları dünyada rəqib tanımadıqlarını sübut etdilər. İdmançılarımız öz potensiallarından maksimum istifadə edərək komanda hesabında birinci yeri tutdular. Sevindirici haldır ki, ölkəmizdə bu idman növünə maraq getdikcə artır”, - deyə Qüdrət Nuriyev əlavə edib.

Xəbər 1416 dəfə oxundu.