Avropa təsnifat turniri: növbə yunan-Roma güləşçilərinə çatdı
Bolqarıstan paytaxtı Sofiyada Avropa olimpiya təsnifat turniri davam edir. İdman.com.az saytının məlumatına görə, mübarizənin 2-ci günündə yunan-Roma güləşçiləri rəqabətə qoşulacaq. Bu mücadilədə 3 bahadırımız London olimpiadasına lisenziya uğrunda yarışacaq.

Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 pəhləvan (finalçılar) London oyunlarına vəsiqə qazanacaq. 96 və 120 kq çəkidə iştirak edənlər turnirin son günündə mübarizə aparacaqlar.

Baş məşqçi Saleh Bora bü sınaqda Kamran Məmmədov (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorova (120 kq) şans verib. 2 təmsilçimiz - Rövşən Bayramov (55 kq) və Saman Təhmasibi (84 kq) artıq olimpiadada iştirak hüququ qazanıb.
Püşkatmadan sonra güləşçilərimizin rəqibləri aşağıdakılardır:

60 kq. 1/8 final - Dzmitry ALENSKI (BLR) - Kamran MAMMADOV (AZE)
66 kq. 1/16 final - Tamas LORINCZ (HUN) - Vitali RAHIMOV (AZE)
74 kq. 1/16 final - Rafig HUSEYNOV (AZE) - Peter BACSI (HUN)

Xəbər 1160 dəfə oxundu.