Binəqədi rayonunda basketbol üzrə yarışlar yekunlaşıb
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı” çərçivəsində noyabrın 23-də 248 nömrəli tam orta məktəbdə oğlanlar arasında basketbol idman növü üzrə yarışlar keçirilib.

Yarışın nəticəsinə görə, birinci yeri 267 nömrəli məktəb-liseyin komandası, ikinci yeri 314 nömrəli tam orta məktəbin komandası, üçüncü yeri 126 nömrəli tam orta məktəbin komandaları tutublar.

Xəbər 969 dəfə oxundu.