“Tokio2020” olimpiadasının medal layihəsinin icrasına başlanılıb
Tokio Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi “Tokio2020” medal layihəsinin icrasına başlayıb.

Azsport.az saytı xəbər verir ki, “Tokio2020” Təşkilat Komitəsi medal hazırlamaq üçün köhnə mobil telefonlardan və istehlakçı elektronika məhsullarından istifadə edəcəyini elan edib. Bu layihə sayəsində Tokio 2020 Təşkilat Komitəsi Olimpiya və Paralimpiya Oyunları üçün təxminən 5000 qızıl, gümüş və bürünc medal əldə edəcəyi gözlənilir. Layihə Yaponiyanın bütün bölgələrindəki insanların köməyi ilə həyata keçiriləcək. Komitə əhalidən köhnə telefonlarını və elektrik əşyalarını komitəyə təqdim etmələrini xahiş edib.

Qeyd edək ki, “Tokio2020” Təşkilat Komitəsi layihənin iştirakçıları ilə aktiv şəkildə işləyir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da bu layihəni dəstəkləyib və o, layihəyə köhnə mobil telefon təqdim edib.

Xəbər 1323 dəfə oxundu.