İslam radikalizmi cəmiyyətimiz üçün təhlükəli amildir
Son zamanlar islam dünyasına qarşı soyuq müharibədə daha çox istifadə edilən və dünya dinləri arasında ən mütərəqi, dünyada dostluq və qardaşdığın təbliğatçısı, sülh və əmin amanlıq dini olan islamı nüfuzdan salmağa xidmət edən islam radikalizmi və ya islamda radikalizm ideyası geniş sürətdə yayılır. Bu ideyaının təbliği üçün hədəf seçilən ölkələri aqibətdə nələrin gözlədiyini, bu ölkələrdə hansı siyasi oyunların aparıldığını hamımız yaxşı bilirik. Çox təəssüf ki, islam düşmənlərinin mənfur, sağlam düşüncələri məhv etmək məqsədi güdən bu dəhşətli silahı Azərbaycana tərəf də yönəlib. Ölkəmizin müstəqilliyinin qorunması və iqtisadi-siyasi sahədə əldə olunan uğurlar, yəqin ki, bizi öz təsir dairəsi altında görmək istəyən, öz boyunduruqları altında saxlam niyyətində olanları çox narahat edir. Ölkəmizdəki siyasi sabitlik, dünya ictimaiyyətinin bizi demokratik, hüqüqi dövlət kimi tanıması düşmən qüvvələrin çirkin məqsədləri üçün ciddi əngəllərə çevirldiyi bir vaxtda düşmənlərimizin əl atdıqları ideoloji silahlardan biri də məhz islam radikalizmidir. Təəssüf ki, bu zəhərli idelogiyanın təsiri altına düşün insanlar, xüsusən də cavanlar azda olsa, ölkəmizdə də var. Belələrinə, idmançılar arsında da rast gəlmək olur.

Əlbəttə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ənənəvi islama, inanclarımıza yad olan ideydarın təbliğinin qarşısını almaq, zərərli düşüncə, anlamların yayılmasına mane olmaq istiqamətində çox böyük işlər görür, gənclərlə keçirilən tədbirlərdə, görüşlərdə məsələnin mahiyyətini izah edir, açıqlamalar verir.

Belə bir tədbir noyabrın 23-də 3 saylı Uşaq Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi «Təhsil» İdman Mərkəzinin 2 saylı Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin şagird və müəllim kollektivi ilə keçirilib. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə «İslam dini və müasir gənclik» mövzusunda keçirilən seminarın iştirakçılarını salamlayan məktəbin direktoru Əjdər Cəfərov Azərbaycanda islam dəyərlərinin mahiyyəti, bu dəyərlərin gənclər arasında təbliğində tədris müəssisəsinən fəaliyyəti barədə məlumat verib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini marifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə çıxış edib. O, islamda radikalizm məhfumunun mahiyəti, onun təbliğatı ilə məşğul olan dairələrin məqsəd və məramları, ölkəmizdə bu zərərli ideyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə və onun nəticələri barədə məlumat verib. İslam radikalizminin təsiri altında olan ölkələrdə gənclərin həyatı ilə müasir Azərbaycan gəncliyinin bu günü müqayisə edilib. Ölkəmizdə etiqad azadlığının, toleratlığın inkişafı ilə yanaşı, milli dəyərlərmizə, əsl islami inanclarımıza qarşı yönəlmiş baxışlara qarşı da barışmazlıq mövqeyinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Amma az da olsa, gənclərimiz arasında zərərli təbliğata uyanlar, mənfur düşmən ideologiyasının toruna düşənlər olur. Belələrinə yaşlı nəslin nümayəndələri, hətta qadınlar arasında da rast gəlmək olur. Bu gün milləti fəaləkətə sürükləyən iki amil, iki virus var – biri dini radikalizm, digəri narkomaniyadır. Burada birinci ictimai mahiyyəti etibarı ilə daha təhlükəlidir. Buna görə də dövlətimiz bu məsələlərə xüsusi həssaslıqla yanaşır, belə zərərli halların qarşısını almaq üçün lazımi tədbirlər görür. Elə bunun nəticəsidir ki, ölkəmizdə dini radikalizm onun təbliğatçılarının arzu etdikləri səviyyədə deyil. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də yüksək səviyyəli görüşlərdə inamla deyə bilir ki, bizim ölkəmizdə dini radikalizm inkişaf edə bilmir. Bizdə ictimai təhlükəsizlik tam təmin edilib. Gənclərimiz dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub və öz həyatını arzularına müvafiq surətdə qura bilərək, xoşbəxt yaşamaq imkanına sahib olublar.

Mövzu ilə əlaqədar fikirlərini gənclərə çatdıran Əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov ilk növbədə Dini Qurumlarla İşr üzrə Dövlət Komitəsinə, Təhsil Nazirliyinə belə bir tədbirin keçirilməsinə dəstək verdiklərinə, tədbirin təşkilatçısı 2 saylı Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin direktoru Əjdər Cəfərova minnətdarlığını bildirib. Sonra prifessor Azərbaycanda islam dinin tarixi, islam inanclarının xalqın zehnində bərqarar olması üçün keçilən yolların kəşməkeşiliyi barədə danışıb və hazırda bu dini baxışlara, onların təhrifinə yönəlmiş ideyaların cəmiyyətimiz üçün böyük təhlükə olduğunu qeyd edib. Fanatizm insanı həmişə yanlışlığa aparan bir yoldur deyən C. Qurbanov idmanda da fanatikliyin arzuolunmaz nəticələrindən danışıb və bu yolda özünü idmançı kimi məhv edən konkret adları misal çəkib. Qeyd edilib ki, dinin əsas hədəfi və məqsədi insanların mənəvi-ruhi sağlamlığıdır, dindən siyasi məqsəddər üçün istifadəyə yol verilməməlidir, onu siyasətə alət etmək olmaz

Xəbər 1073 dəfə oxundu.