“Sumqayıt” komandası çempionatın üçüncü dövrəsinə hazırlığı Antalyada keçirəcək | |
“Sumqayıt” futbol komandası çempionatın üçüncü dövrəsinə hazırlığın ikinci mərhələsini yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Klubun mətbuat xidmətindən bildiriblər ki, “gənclik şəhəri”nin təmsilçisi Topaz Premyer Liqasındakı fasilə zamanı yanvarın 13-də Türkiyəyə yollanacaq. İki həftəlik təlim-məşq toplanışı Antalyanın Bələk bölgəsində təşkil olunacaq. Komanda “IC Santai Belek” otelində məskunlaşacaq. Yoxlama oyunlarındakı rəqiblər hələ müəyyənləşməyib. |
|
Xəbər 1292 dəfə oxundu. |
|
|