Beynəlxalq Stolüstü Federasiyası 2018-ci ilin ən yaxşılarını mükafatlandırıb
Noyabrın 23-də Beynəlxalq Stolüstü Federasiyası 2018-ci ilin ən yaxşı qadın və kişi idmançılarının və məçqçisinin adlarını açıqlayıb.

Azsport.az saytının verdiyi məlumata görə, kişi idmançılar arasında ulduz mükafatına Fransanın ikiqat dünya çempionu Fabian Lamirault, İspaniyanın yeddiqat dünya çempionu Cordi Morales və belçikalı Floran Van Aker layiq görülüblər. Qadınlar arasında isə bu mükafata Cənubi Koreyanın ikiqat dünya çempionu Seo Suyeon, üçqat dünya çempionu çinli Xue Juan, yeddiqat dünya çempionu hollandiyalı Kelli Van Zon sahib olublar. Ulduz məşqçisi mükafatına Hindistanlı Massimo Kostantini layiq görülüb.


Xəbər 981 dəfə oxundu.