Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Siyəzəndə şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.

Rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda məktəblərin II-IV siniflərində təhsil alan 60-a yaxın yeniyetmə mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, “Məktəblər arasında idman növləri üzrə respublika çempionatı”nın şahmat üzrə rayon mərhələsi iki gün davam edib.

Siyəzən birinciliyinin qalibi adını şəhər 6 saylı məktəb-liseyin komandası qazanıb. Şəhər 2 və 4 saylı tam orta məktəblərin komandaları isə iki və üçüncü yerləri bölüşüblər. Qalib gəlmiş komandalara fəxri fərmanlar verilib.

Xəbər 751 dəfə oxundu.