Braziliya Qran-Prisinin Rio-de-Janeyroda keçirilməsi imkanları nəzərdən keçirilir
Formula 1-in icraçı direktoru Çeyz Keri Braziliyanın Rio-de-Janeyro şəhərinə səfər edib.

Səfərdə məqsəd Formula 1 yarışlarının Braziliya Qran-Prisi mərhələsinin bu şəhərdə keçirilməsi imkanlarını qiymətləndirmək olub.

Bundan əvvəl Formula 1 rəhbərliyinin Braziliya Qran-Prisi təşkilatçılarından iki il müddətinə üzvlük haqqı almayacağı barədə xəbərlər yayılıb. Formula 1 rəhbərliyinin İnterlaqos trası üzrə hazırkı kontraktı 2020-ci ildə başa çatır.

Qeyd edək ki, Braziliya Qran-Prisi əvvəllər Rio-de-Janeyrodakı trasda keçirilib. Lakin 2016-cı il Olimpiya Oyunları ərəfəsində burada yerləşən avtodrom fəaliyyətini dayandırıb. San-Paulu şəhərinin meri Joao Doria isə vurğulayıb ki, Braziliya Qran-Prisinin başqa şəhərdə keçirilməsi barədə xəbərlər KİV-lər tərəfindən uydurulub.

Xəbər 1486 dəfə oxundu.