Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri” keçiriləcək
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə noyabrın 22-dən 24-dək eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turniri” keçiriləcək.

Turnirdə “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək”, “Azəri” və “Ümid” komandaları birincilik uğrunda mübarizə aparacaqlar.

Yarış Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.


Xəbər 763 dəfə oxundu.