İsveç 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə iddialıdır
İsveçin Stokholm şəhəri 2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə iddialıdır.

Azsport.az saytı xəbər verir ki, bu məqsədlə Stokholm Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməsini dəstəkləyən səfirlərin siyahısını açıqlayıb. Siyahı Olimpiya və Paralimpiya Oyunlarında müxtəlif idman növlərindən 60-dan çox medal qazanmış 22 İsveçli Olimpiyaçı və Paralimpiyaçıların adlarından ibarətdir. Ən məşhur adlar arasında karyerasında 9 dəfə medal qazanmış, üçqat olimpiya çempionu kayakçı Şarlotta Kallanın adı da yer alıb.

O, açıqlamasında olimpiadanın ölkəsində keçirilməsini dəstəkləyib: “ Hesab edirəm ki, bu oyunların ölkəmizdə keçirilməsi daha məqsədəuyğundur. Bunun üçün ölkəmizdə bütün imkanlar var.Yeni-yeni idman arenalarının tikilməsinə ehtiyac yoxdur. İsveç Qış Olimpiya və Paralimpiya Oyunları tarixində ən çox qış Olimpiya medallarını alan ölkədir”.


Xəbər 818 dəfə oxundu.