UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub | |
UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. Qrup mərhələsinin son oyun günündə ümumilikdə yeddi görüş keçirilib. Bu nəticələrdən sonra növbəti mərhələyə yüksələn sonuncu 4 komanda müəyyənləşib. A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya-Polşa matçında qalib müəyyənləşməyib – 1:1. Portuqaliya qrupu birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib, Polşa isə A liqasını tərk edib. B Liqasının ikinci qrupunda İsveç yığması öz meydanında Rusiya millisini 2:0 hesabı ilə məğlub edərək qrupu birinci pillədə tamamlayıb. C Liqasında isə üç oyun keçirilib. Birinci qrupda Şotlandiya millisi doğma meydanda İsrail futbolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqəni təmin edib. Serbiya millisi dördüncü qrupu lider kimi tamamlayıb. Son turda Litvaya qalib gələn Serbiya Monteneqro və Rumıniya üçün əlçatmaz olub. D Liqasının üçüncü qrupunda Malta ilə Farer adaları ilə 1:1 hesablı heç-heçəyə razılaşıblar. Bu qrupdan Kosovo millisi növbəti mərhələyə yüksəlib. Azərbaycan komandası isə ikinci yeri tutub. |
|
Xəbər 665 dəfə oxundu. |
|
|