Muay-tayçılarımız açıq Avropa kuboku yarışlarında 17 medal qazanıblar | |
Antalyada muay-tay üzrə açıq Avropa kuboku yarışları keçirilib. Turnirə 23 idmançı ilə qatılan Azərbaycan milli komandası 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb. Yeniyetmələrdən ibarət yığmamız komanda hesabında üçüncü olub. İyirmi altı ölkədən mindən artıq idmançının iştirak etdiyi turnirdə millimiz Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi altında mübarizə aparıb. |
|
Xəbər 1274 dəfə oxundu. |
|
|