Azərbaycanın 19 yaşadək futbolçuları Avropa çempionatının elit-raunduna vəsiqə qazanıblar
Noyabrın 20-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə qrup mərhələsində son oyununu keçirib.

Millimiz Mixail Mesxi adına stadionda Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandasını 3:0 hesabı ilə məğlub edib. Kamran Quliyevin dubl etdiyi oyunda digər qolu Murad Mahmudov vurub.

Beləliklə, yığma komandamız Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb.

Xəbər 758 dəfə oxundu.