Kanada 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etməyəcək
2026-ci ildə keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına Kanadanın Kalqari şəhərinin ev sahibliyi etməyəcəyi rəsmən təsdiqlənib.

Azsport.az saytının verdiyi xəbər görə, Kalqari Şəhər Şurasının 15 müşaviri Qış Olimpiya və Paralimpiya Oyunlarının keçirilməməsi üçün yekdilliklə səs veriblər. Bununla da, olimpiadanın Kalqari şəhərində keçirilməyəcəyi rəsmən təsdiqlənib.

Noyabrın 13-də Kalqari şəhərində əhali arasında da keçirilmiş referendurumda seçicilərin 56 faizi oyunun keçirilməsinin əleyhinə, 43 faizi isə lehinə səs verib.

Qeyd edək ki, bu nəticə Beynəlxalq Olimpiya Komitəsi üçün gözlənilməz olub. Artıq İsveçin Stokholm və İtaliyanın Milan və Kortina-d`Ampetstso şəhərlərindən biri 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.

Xəbər 888 dəfə oxundu.