Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
Noyabrın 17-də Milli Gimnastika Arenasında keçirilən akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyası tərəfindən xüsusi olaraq təsis edilən “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb.

“AGF Trophy” mükafatı ən yüksək icra xalını toplamış rusiyalı gimnast cütlük - Timofey İvanova və Maksim Karavayevə təqdim olunub. Mükafatı Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim edib.

Xəbər 906 dəfə oxundu.