“Sumqayıt”ın yeni baş məşqçisi komandanı ilk məşqə çıxarıb
"Keşlə" ilə oyundan sonra istirahətə yollanan "Sumqayıt" futbol klubunun komandası artıq hazırlıqları bərpa edib. Komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın köməkçi meydançasında məşqə çıxıb. Qeyd edək ki, Ayxan Abbasov "Sumqayıt" futbol klubunu ilk dəfə məşqə çıxarıb.

Milli komandalarda olan Əfran İsmayılov, Şəhriyar Əliyev, Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyib. Əvəzedici heyətdən isə 6 futbolçu əsas komanda ilə birlikdə hazırlaşıb.

Xəbər 819 dəfə oxundu.