Kanada 2026-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə bilər
Kanada 2026-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə bilər.

Azsport.az saytının verdiyi xəbər görə, Kanadanın Kalqari kəndində keçirilən referendurumda 304 min seçicinin 56 faizi oyunun keçirilməsinin əleyhinə səs verib. Kanadanın bu nəticədən sonra Qış Olimpiya Oyunlarına ev sahibliyi iddiasından çəkilməsi gözlənilir. Əgər iddiadan əl çəkərsə, bu zaman İsveçin Stokholm və İtaliyanın Milan və Kortina-d`Ampetstso şəhərlərindən biri 2026-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

Qeyd edək ki, Kanqari 1988-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.


Xəbər 936 dəfə oxundu.