“Naxçıvan” Universitetinin voleybol komandası muxtar respublika birinciliyinin qalibi olub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən voleybol üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Olimpiya sistemi üzrə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb.

Birinciliyin final görüşündə “Naxçıvan” və Naxçıvan Dövlət universitetlərinin komandaları üz-üzə gəlib. Daha baxımlı oyun sərgiləyən birincilər yarışın qalibi adını qazanıblar. Naxçıvan Müəllimlər İnstitutunun komandası isə muxtar respublika birinciliyini üçüncü pillədə başa vurub.

Qeyd edək ki, qalib komandalar və komanda üzvləri noyabrın 16-da Gənclik Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Xəbər 775 dəfə oxundu.