“Qarabağ” klubu “İdman Akademiyası” komandasını məğlub edib
Qadın həndbolçuların Azərbaycan çempionatında altıncı tura yekun vurulub.

Turun sonuncu oyununda “İdman Akademiyası” ilə qarşılaşan “Qarabağ” 38:20 hesabı ilə qalib gəlib.

Ölkə çempionatının yeddinci turu noyabrın 24-də start götürəcək. Tur çərçivəsində “Azərsu”-“Gənclər Birliyi” və “Qarabağ”-“Azəryol” qarşılaşmaları keçiriləcək.

Xəbər 1202 dəfə oxundu.