Vətən Hüseynli: “Nəhayət ki, məqsədimə çatdım”
London olimpiadasına vəsiqə qazanan boksçumuz Vətən Hüseynli əsas məqsədlərindən birinə çatdığını deyib. İdman.com.az saytının məlumatına görə, bu gün Trabzonda keçirilmiş təsnifat turnirində 81 kq-da finala adlayan gənc idmançı, qarşıda onu hələ cidid sınaq gözlədiyini bildirib:

“Çox sevincliyəm ki, olimpiadaya lisenziyaya sahib oldum. İngilis idmançı ilə döyüşüm ağır keçdi. Amma buna baxmayaraq, qələbə qazana bildim. 14 final mərhələsində fransalı Bouheniyayla daha yaxşı döyüşmüşdüm. Bu dəfə rəqibim də qapalı döyüşürdü, ona görə də dəqiq zərbə vurmaq çətin idi. Nəhayət ki, məqsədimə çatdım. Çalışacam ki, Olimpiya oyunlarında da Azərbaycanın bayrağını yüksəldim, ölkəmi layiqincə təmsil edim”.

Xəbər 1139 dəfə oxundu.