“Get into Snow Sports” proqramının icrasına başlanıldı
2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Pekin “Get into Snow Sports” proqramının icrasına başlayıb.

Azsport.az saytının verdiyi xəbərə görə, Beynəlxalq Xizək Federasiyası və Çinin Dağ Xizəkçiliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunacaq kurs məşqçilərə və idmançılara təlim keçməyə hazırdır. Proqramın əsas məqsədi yeni simaların aşkarlanması, həmçinin Pekin 2022 Qış Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançılara öz töhfəsini verməkdir.

Qeyd edək ki, ilk təlim kursları noyabrın 3-dən 7-ə kimi keçirilib. Təlimi 47 xizəkçi uğurla bitirib.

Xəbər 830 dəfə oxundu.