Azərbaycan idmançıları Latviyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcək
Noyabrın 17-də Tukums şəhərində Latviyanın müstəqilliyinin 100-cü ildönümünə həsr olunmuş MMA, K-1, boks və peşəkar pankration üzrə turnirlər keçiriləcək.

Turnirlərdə Latviya ilə yanaşı, Litva, Azərbaycan, Kipr, Rusiya, Tailand idmançıları da iştirak edəcək.

Ötən il bu yarışlarda ölkəmizi Vüqar Baxşıyev, Latviyanı isə azərbaycanlı Zaur Cavadov təmsil etmişdi.

Xəbər 591 dəfə oxundu.