Gənclər arasında boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Boks Mərkəzində gənclər arasında boks üzrə açıq paytaxt birinciliyi keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, birincilikdə 140 idmançı mübarizə aparıb.

Yarışda Ruslan Qədirov (49 kq), Maksud Xasmetov (52 kq), Əzrək Bəbirov (56 kq), Elşən Cəbizadə (60 kq), Elmir Novruzov (64 kq), Səlim Səlimov (69 kq), Məhəmməd Yusifov (75 kq), Konstantin Kadırov (81 kq), Adil Vəliyev (91 kq) və Fuad Cəfərov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 801 dəfə oxundu.