Masallı taekvondoçuları Dağıstanda keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar
Noyabrın 10-11-də Dağıstanın Mahaçqala şəhərində keçirilən taekvondo üzrə “Patriot” adlı beynəlxalq turnirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin idmançıları uğurla çıxış ediblər.

Məşqçi-müəllim Sadiq Ağayevin yetirmələrindən Sevda Əzizova yeniyetmə qızlar arasında 37 kiloqram çəki dərəcəsində birinci, uşaqların yarışında Yunus Nəbizadə 32 kiloqram çəki dərəcəsində ikinci və Ağakərim Əliyev 28 kiloqram çəki dərəcəsində üçüncü yerə sahib olublar.

Xəbər 988 dəfə oxundu.