Fabiana “Azərreyl”ə keçmədi
“Fənərbağça”nın ulduz voleybolçusu Fabiana Klaudinonun “Azərreyl”ə transferi baş tutmayıb. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular”ın elçi düşdükləri 27 yaşlı braziliyalı artıq növbəti mövsüm üçün yekun qərarını açıqlayıb.

Belə ki, Pekin-2008-in qızıl mükafatçısı, dünya qran-prisin 4-qat qalibi, dünya çempionatının və dünya kubokunun ikincisi olan Klaudino karyerasını vətənində davam etdirəcək. O, “Kampinas” 1 illik müqavilə bağlayıb. Bu komandaya indi Ze Roberto rəhbərlik edəcək. Titullu voleybolçu ötən mövsüm “Fənərbağça”da məhz onun baş məşqçiliyi ilə çıxış etmişdi.


Xəbər 1341 dəfə oxundu.