“Azərreyl” yoxsa “Lokomotiv”?
Bu sual cavabını sabah “Sərhədçi” İdman Olimpiya Mərkəzində tapacaq. Sabah “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Çelenc Cup” turnirinin final mərhələsinin cavab oyunu keçiriləcək. Qeyd edək ki, martın 29-da keçirilmiş ilk oyunda qarşılaşmada “Azərreyl” rəqibini 3:1 (23:25, 25:20, 25:16, 25:22) hesabı ilə məğlub edib. Bu gün keçiriləcək təkrar görüşə saat 16:00-da start veriləcək. Hansı komandanın qalib gələcəyini indidən söyləmək çətin olsa da bir fakt dəqiqdir ki, “Çelenc Cup” kuboku artıq ölkəmizə gətirilb və kimin qalib gələcəyindən asılı olmayaraq kubok Bakıda qalacaq.
Qeyd edək ki, “Çelenc Cup” turnirinin final mərhələsini Avropa Voleybol Konfederasiyasının rəsmiləri də izləyəcəklər.

Xəbər 1984 dəfə oxundu.