Futzalçılarımız Tbilisidə iki yoldaşlıq oyununda güclərini sınayıblar
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci yoldaşlıq oyunu keçirib.

Qarşılaşma rəqibin 10:3 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Kənan Əsədli və Rauf Rüstəmov fərqləniblər. Bir dəfə isə avtoqol qeydə alınıb.

Komandalar arasında keçirilmiş ilk oyunda yığmamız 3:2 hesablı qələbə qazanıb.

Xəbər 802 dəfə oxundu.