UEFA Avropa Liqası: “Vorskla” və “Qarabağ” oyunu başladı
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ” – “Vorskla” görüşü başlayıb.

“Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.
Ukraynanın “Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxıblar.
Aleksey Butovski adına stadionda keçirilən qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Sandro Şörerdi. Bekim Zoqay və Ştefan De Almeyda isə yan xətt hakimi funksiyasını yerinə yetirirlər.

“E” qrupunun digər oyunu İngiltərədə oynanılır. “Arsenal” klubu İngiltərənin “Sportinq” komandasını qəbul edir.

Üç turdan sonra “E” qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 813 dəfə oxundu.