Ekstremal idman növləri üzrə birinciliyin qalibləri müəyyənləşib
Kəngərli rayon tam orta məktəblərinin şagirdləri arasında 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş ekstremal idman növləri üzrə keçirilən rayon birinciliyinə yekun vurulub.

Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 8 məktəbin, ümumilikdə, 60 şagirdi iştirak edib.

Əsasnaməyə əsasən, yarış 2000 metr məsafə üzrə təyin olunub. Yekunda oğlanlar arasında Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Sunay Mütəlov qalib adını qazanıb. Həmin kəndin 1 nömrəli tam orta məktəbin şagirdi Sinan Cəlilov ikinci, 2 nömrəli tam orta məktəbin şagirdi Təhmin Hacıyev isə üçüncü olub.

Qızların mübarizəsində isə finiş xəttinə ilk olaraq Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzayeva çatıb. Bu məktəbin digər şagirdləri Bülbül Hüseynova və Lalə Cəfərova ikinci və üçüncü yerləri tutublar.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 804 dəfə oxundu.