FIG Beynəlxalq Tədqiqat Agentliyi ilə müqavilə imzalayıb
Beynəlxalq Gimnastika Federasiya (FIG) ilə Beynəlxalq Tədqiqat Agentliyi (İTA) dopinqlə birgə mübarizə aparmaq məqsədilə noyabrın 7-də müqavilə imzalayıblar.

Azsport.az saytının verdiyi məlumata görə, razılaşma bu ilin oktyabr ayında Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında keçirilmiş görüşdən sonra əldə olunub. Bağlanmış müqavilədə idmançının harada yerləşdirilməsi, terapevtik müalicələrinin həyata keçirilməsi, idmançının bioloji pasportunun yaradılması və istifadəsi, test yayımı planlarını yaratmaq və düzəltmək, qeydə alınmış sınaq hovuzunun yaradılması, Dünya Antidopinq Agentliyinin (WADA) fəaliyyətinin idarə edilməsi, FİG-in bu proqramının uzunmüddətli davamlılığı nəzərdə tutulub.

Beynəlxalq Tədqiqat Agentliyinin baş direktoru Benjamin Cohen: ”FIG dopinqlə mübarizədə Beynəlxalq Tədqiqat Agentliyinə güvəndiyini nümayiş etdirdi. Biz 2019-cu ilin yanvarından 2020-ci ilin dekabrınadək sıx əməkdaşlıq edəcəyik. Ümid edirəm ki, biz gimnastikada anti-dopinq proqramını uğurla həyata keçirilməsinə nail olacağıq”- deyib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinare Vatanabe açıqlamasında bildirib ki, bu müqavilə gimnastika hərəkatına öz təcrübəsindən yararlanmağa təkan verəcək.


Xəbər 966 dəfə oxundu.