Seibukai kontakt karate üzrə açıq Bakı turnirinə yekun vurulub
Kürdəxanı İdman Zalında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş seibukai kontakt karate üzrə açıq Bakı turniri keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) bildiriblər ki, müxtəlif yaş qrupunda 30 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxtda fəaliyyət göstərən klubları təmsil edən 150-dən artıq idmançı iştirak edib.

Sonda hər bir çəki dərəcəsi üzrə qalib gələn idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 784 dəfə oxundu.