Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edəcək
Noyabrın 8-də İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İclasa AOK-un İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də qatılacaq.

Tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç və baş katib Rafael Paqnozzi hesabat məruzələri ilə çıxış edəcəklər.

Xəbər 1480 dəfə oxundu.