UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Herta” ilə qarşılaşıb | |
Noyabrın 7-də “Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” ikinci mərhələnin ilk oyununda Almaniya çempionu “Herta” ilə qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Qəbələlilərin heyətində yeganə qolun müəllifi Əli Sadiqov olub. O, matçın 88-ci dəqiqəsində adını tabloya yazdırıb. Komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək. Qalib komanda pley-off mərhələsinə yüksələcək. Xatırladaq ki, “Qəbələ” birinci mərhələdə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırmışdı – 1:1, 3:1. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|