Əfsanəvi boksçu yenidən rinqə qayıdır | |
Məşhur amerikalı boksçu Floyd Meyvezer yenidən döyüş meydanına qayıdır. Azsport.az saytının verdiyi xəbərə görə, MMA döyüşü üzrə müqavilə imzalayan 41 yaşlı boksçu dekabrın 31-də yaponiyalı məşhur döyüşçü Tensin Nasukava ilə qarşılaşacaq. 20 yaşlı yaponiyalı idmançı bu təklifi süpriz olaraq qarşılayıb. Onu tərəddüd etmədən qəbul edən idmançı: “Bu həyatımda ən böyük məqamdır. Ümid edirəm ki, bu döyüşlə mən tarixdə yenilik edə biləcəm”. - deyə, bildirib. Qeyd edək ki, Floyd Meyvezer sonuncu dəfə rinqə 2017-ci ilin avqust ayında çıxıb və irlandiyalı döyüşçü Konora Makqreqora qalib gəlib. O, 50 peşəkar döyüşün hamısından qalib ayrılıb. |
|
Xəbər 1067 dəfə oxundu. |
|
|