Boksçularımızın yarımfinal döyüşlərini TV-də izləmək mümkün olacaq

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirinin yarımfinal və final döyüşləri Türkiyənin TvEM kanalı ilə canlı yayımlanacaq. Bu kanalı Türksat peyki vasitəsi ilə izləmək mümkündür. Qeyd edək ki, Azərbaycan boksçularından ikisi – Vətən Hüseynli (81 kq) və Məhəmməd Abdulhəmidov (56 kq) yarımfinala vəsiqə qazanıb. Vətən Bakı vaxtı ilə saat 18-də rinqə çıxıcaq. Həmyerlimiz bu görüşdə qələbə qazansa, Olimpiya oyunlarında iştirakını rəsmiləşdirəcək. Boksçularımızdan artıq Məhəmməd Abdulhəmidov Londona yoolanmaq şansı əldə edib.

Xəbər 1016 dəfə oxundu.