Rusiya Təhlükəsizlik Xidməti Dünya Çempionatında terror hücumlarının qarşısını alıb
Rusiya Təhlükəsizlik Xidməti 2018-ci il futbol üzrə Dünya Çempionatında baş verə biləcək terror hücumlarının qarşısını alıb.

Azsport.az saytı xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov açıqlamasında, Dünya Çempionatı ərəfəsində terror hücumlarının qarşısının alındığını və çempionatda insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğunu bildirib.

“Federal Təhlükəsizlik Xidməti terrorçular tərəfindən futbol üzrə Dünya Çempionatı zamanı pilotsuz uçan aparatların istifadəsini aşkarlamaq və qarşısını almaq üçün bütün lazımi tədbirləri görmüşdü" - deyə, Bortnikov vurğulayıb. O, həmçinin qeyd edib ki, terror aktları yalnız Dünya Çempionatı ərəfəsində deyil, mundial zamanı da baş verə bilərdi.





Xəbər 817 dəfə oxundu.