Simona Baylz ilkə imza atıb
Amerikalı gimnast Simona Baylz gimnastika tarixində ilkə imza atıb.

Azsport.az saytının verdiyi məlumata görə, 21 yaşlı idmançı Qətərin paytaxtı Dohada təşkil olunan Dünya Çempionatında yüksək nəticə göstərərək 3 qızıl medal qazanıb. Bununla da o, gimnastika tarixində 13 qat dünya çempionu adına sahib olan ilk gimnast olub.

Qeyd edək ki, vaxtilə belarusiyalı gimnast Vitali Skerboru da 1996-ci ildə bu rekorda imza atıb.


Xəbər 714 dəfə oxundu.