Şəkidə atletika üzrə şəhər birinciliyinə yekun vurulub
Şəkidə 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə şəhər birinciliyi 20 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Şəhər humanitar təmayüllü liseyin və 19 saylı tam orta məktəbin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə şəhər stadionunda keçirilən yarışda 12 məktəb komandası iştirak edib. Hər komandanın tərkibinə 3 oğlan və 3 qız idmançı daxil edilib. İdmançılar 100, 200 və 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparıblar.

İlk yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Xəbər 771 dəfə oxundu.