Boccia üzrə “V Seni Cup” turnirində 70-dək idmançı gücünü sınayacaq
Noyabrın 22-də Abşeron Olimpiya İdman Kompleksində “Seni” firmasının dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə boccia idman növü üzrə “V Seni Cup” turniri keçiriləcək.

Bu ilki turnirində respublikanın müxtəlif regionlarından, ümumilikdə 70-dək idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcək.

Boccia idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Azərbaycan Boccia Federasiyası yaradılıb. Vüqar Əsgərov vitse-prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçiliblər.

Xəbər 918 dəfə oxundu.