UEFA-dan tələb
Avropada çıxış edən futbolçuların müqavilə məsələləri ilə bağlı mühüm qərar qəbul olunub. İdman.com.az saytının məlumatına görə, bununla bağlı Avropa Klublar Assosiasiyasının prezidenti Frants Bekkenbauer, UEFA prezidenti Mİşal Platini, Avropanın Peşəkar Futbol Liqalarının Assosiasiyasının rəhbəri Frederik Tiri, FİFPro Oyunçuların Həmkarlar İttifaqı Avropa bölməsinin rəhbəri Filipp Pyat müqavilə imzalayıb. Bu, peşəkar futbolçuların standart müqavilələrinin minimal tələblərini müəyyənləşdirir.

Orada deyilir ki, bu tələblər Avropa ölkələrinin çempionatlarında çıxış edən hər peşəkar futbolçuların müqavilələrində əks olunacaq. Razılığa əsasən sənəd formasında qeydiyyatdan keçən hər müqavilədə bəndlər daxil olacaq ki, bu, tərəflərin öhdəliklərini, klubların və futbolçuların mübahisəli məsələlərdə hüquqlarını, intizam məsuliyyətini müəyyənləşdirəcək. Müqavilələrdə məvaciblər, tibbi sığorta ilə bağlı maddələr əks olunacaq.

Xəbər 1142 dəfə oxundu.