Beynəlxalq Boks Federasiyası çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib
Beynəlxalq Boks Federasiyasının (AIBA) Moskvada keçirilən Konqresində Yay Olimpiya Oyunlarında çəki dərəcələrinə edilən dəyişikliklər təsdiqlənib.

Kişi boksçular 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında səkkiz - 52, 57, 64, 69, 75, 81, 91 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcəsində yarışacaqlar. Olimpiadada 214 dəri əlcək ustası birincilik uğrunda mübarizə aparacaq.

Qadın boksçuların yarışında iki çəki dərəcəsi artırılıb. Belə ki, boksçular 51, 57, 60, 69 və 75 kiloqram çəkidə rinqə çıxacaqlar. Oyunlarda 72 qadın boksçu çıxış edəcək.

Həmçinin peşəkar boksçuların da Oyunlarda iştirakına limit tətbiq olunub. İdmançıların təsnifat mərhələsində ən azı 15 peşəkar döyüşü olmalıdır.

Xəbər 875 dəfə oxundu.