MOK hansı məşhur şirkətlə tərəfdaşlıq müqaviləsi imzaladı?
Bu gün Procter&Gamble şirkəti ilə Milli Olimpiya Komitəsi (MOK) arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanıb. İdman.com.az saytının məlumatına görə, müqavilə şirkətin Qafqaz ölkələri üzrə baş direktoru Kaan Baralla MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə arasında bağlanıb.

Procter&Gamble ilə 10 il müddətinə tərəfdaşlıq nəzərdə tutulub.
Müqaviləyə münasibət bildirən Baral bundan məmnun olduğunu və həmişə Azərbaycan idmançılarına dəstək olacaqlarını deyib. Anlaşmanın şərtləri barədə məlumat verən Hüseynzadə isə bunun Azərbaycanda Olimpiya Hərəkatının təbliğinə böyük töhfə olduğunu söyləyib:

“Bu, MOK üçün vacib və önəmlidir. Saziş Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə bağlanan sponsorluq müqaviləsinin bir layihəsidir. Çünki Procter&Gamble BOK-la 10 illik müqavilə imzalayıb və onlar fəaliyyət göstərdiklər bütün ölkələrdə yerli komitələrə dəstək olacaqlar. Müqavilə ölkəmizdə Olimpiya Hərəkatının və olimpizmin təbliğini nəzərdə tutur və 5 Olimpiadada birgə çalışacağıq”.

Xəbər 1323 dəfə oxundu.