Karateçilərimiz Ukraynada 6 medal qazanıblar
Ukraynanın Xarkov şəhərində karate üzrə beynəlxalq turnir keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) bildiriblər ki, Baş İdarənin dəstəyi ilə ezamiyyə edilən karateçilərimiz beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Turnirdə Hüseyn Hüseynzadə (70 kq), Hüseyn Məmmədli (57 kq), Murad Məlikov (52 kq) qızıl, Ruslan Qafarlı (57 kq), Sahilxan Şahmərdanov (42 kq) və Demid İmanov (30 kq) bürünc medal qazanıblar.

Xəbər 1079 dəfə oxundu.