“Qəbələ”–“Herta” oyununun hakimləri müəyyənləşib
Futbol üzrə UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Qəbələ”–“Herta” (Almaniya) oyununa hakim təyinatları açıqlanıb.

Turnirin ikinci seçmə mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutacaq oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qəbələ şəhər stadionundakı görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona həmyerliləri Rustam Matyakubov və Maral Abdikerov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını azərbaycanlı İnqilab Məmmədov yerinə yetirəcək.

Matçın hakim-inspektoru AFFA-nın Hakimlər Departamentinin sədri Frits Ştuxlik, UEFA nümayəndəsi isə monteneqrolu Aleksandra Ana Raspopoviç olacaqlar.

Xəbər 819 dəfə oxundu.