Olimpiyaçılarımıza növbəti dəstək
London-2012-yə yollanacaq Azərbaycan milli komandasının üzvlərindən birinin anası Böyük Britaniya paytaxtına yollanacaq. İdman.com.az saytının məlumatına görə, bunu Procter&Gamble şirkəti Qafqaz ölkələri üzrə baş direktoru Kaan Baral deyib.

O, bu gün Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimində “Anaların məğrur sponsoru” adlı proqram barədə danışıb.

Baralın sözünə görə, Azərbaycan milli olimpiya komandasına daxil olacaq idmançıların hamısının anaları, idmanın inkişafına dəstək vermək və idmançı övladları ilə həmrəy olduqlarını bildirmək məqsədi ilə şirkətdən müxtəlif hədiyyələr alacaqlar: “Onlar üçün digər dəstəyimiz də olacaq. Belə ki, olimpiyaçılarımızdan birinin anası bizim tərəfimizdən Londona aparılacaq”.

Xəbər 929 dəfə oxundu.