Masallı cüdoçuları zona birinciliyinin qalibi oldular
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə İmişli rayonunda 2002-2004 və 2005-2007-cı il təvəllüdlü idmançılar arasında keçirilən zona birinciliyində Masallı cüdoçuları uğurla çıxış ediblər.

Yarışda Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin cüdoçuları ilə yanaşı, Şirvan və Lənkəran şəhərlərinin, Salyan, İmişli, Sabirabad rayonlarının idmançıları da ölkə birinciliyinə vəsiqə qazanmaq uğrunda öz qüvvələrini sınayıblar.

Üç gün davam edən zona birinciliyində masallılı məşqçi Xanağa Quliyevin yetirmələri 2005-2007-ci il təvəllüdlü cüdoçuların yarışında 9 qızıl, 6 gümüş və 5 bürünc, 2002-2004-cü il təvəllüdlü idmançılar arasında isə 5 qızıl, 4 gümüş, 1 bürünc medal qazanıblar.

Zona yarışlarında hər iki yaş qrupunda komanda hesabında Masallı cüdoçuları birinci yerə sahib olublar.

Xəbər 902 dəfə oxundu.