2020-ci ildə Formula 1 yarışlarının Vyetnam Qran-Prisi keçiriləcək
2020-ci ildə Vyetnamın paytaxtı Hanoy şəhərində ilk dəfə olaraq Formula 1 yarışlarının mərhələsi keçiriləcək.

Gələn həftə Hanoy trasının konfiqurasiyasının təqdimatı nəzərdə tutulur.

Yeni Qran-Prinin təqdimatına dəvətnamədə deyilir: “Hanoyun hakimiyyət orqanları FOM ilə kontrakt bağlayıblar. Beləliklə, 2020-ci ilin aprel ayından başlayaraq bu şəhər rəsmən Formula 1 mərhələsinin keçiriləcəyi yer olacaq”.

Hanoyun hakimiyyət orqanları əvvəlcə istəyirdilər ki, tras Köhnə Şəhərin yaxınlığındakı Hoankyem gölünün ətrafı ilə keçsin, lakin yekunda bu trası Mi Din stadionunun yaxınlığına keçirmək qərara alınıb, çünki orada yol paytaxtın mərkəzi ilə müqayisədə daha genişdir.

Formula 1 yarışlarının direktoru Çarli Uaytinq bu yaxınlarda Hanoya səfər edib. O əmindir ki, tras vaxtında hazır olacaq. Trasın bir hissəsi mövcud yollar boyunca keçəcək, bir hissəsi isə hələ tikilməlidir, lakin bu, problem yaratmamalıdır.

AZƏRTAC

Xəbər 961 dəfə oxundu.